http://www.olympic-shuvalanpfc.az azərbaycan / русский / english   

Baş səhifə Xəbərlər Tarix Klub Komanda Mövsüm Multimedia Forum
Tərlan Xəlilov əməliyyat olundu
Növbəti oyun

"Unibank" Premyer Liqası, V tur

AZAL

"Simurq"

"Şəfa" stadionu

12.09.2010, 18.00

 
Sonuncu oyun
0 : 0
 
Səsvermə
Yekun:
 
Arxiv
<<< 2010 >>>
<< Sentyabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930
 
Bizə yazın
Adınız:
E-mail ünvanınız:
Mövzu:
Mətn:

     

 

 

 
 
Xəbərlər -> Klub xəbərləri
"Olimpik-Şüvəlan" etiraz edir

   Bu gün AFFA-nın növbəti Konfransı keçirilmişdir. AFFA-nın Nizamnaməsinə uyğun olaraq, Konfransın gündəliyinə bir sıra məsələlər daxil edilib və bunlarla bağlı qəraralar qəbul olunub. Təəssüf ki, bu qərarların qəbulu prosesində heç də bütün təşkilatların nümayəndələri iştirak edə bilməyib. Konkret olaraq “Olimpik-Şüvəlan” PFK səsvermə hüququndan məhrum edilib. Klubumuzu təmsil edən prezident Vaqif Qasımova mandat verilmədiyindən o səsvermədə iştirak edə bilməyib. AFFA-da bunun səbəbi kimi klubların təmsilçiliyinin PFL tərəfindən müəyyən edildiyini və PFL-in konfransa göndərdiyi siyahıda “Olimpik-Şüvəlan”ın səs hüququna malik olmamasını göstərib. Təbii ki, Premyer Liqada çıxış edən“Olimpik-Şüvəlan”ın AFFA-nın ali idarəetmə orqanı sayılan Konfransda öz dərdini deyə bilməməsi,
    ölkə futbolunun problemlərinin müzakirə və həllindən kənarda qoyulması başa düşülən deyil. Biz bununla razılaşa bilmərik. Halbuki bizim də futbolumuzun idarəçiliyi, peşəkar futbolun problemləri, çempionatın keçirilməsi və.s məsələlərə dair ciddi təkliflərimiz var idi və bunları Konfrans iştirakçılarının müzakirəsinə təqdim etmək istəyirdik. Ancaq bu imkanlarımız əlimizdən alındı. Hər halda AFFA və PFL-in bu addımına belə qiymət verə bilərik. Sual olunur: PFL Premyer Liqada çıxış edən 12 klubdan 9-na səsvermə hüququ verərkən hansı prinsipə əsaslanıb?
    Belə çıxır ki, “Olimpik-Şüvəlan” PFL-in üzvi deyil və bu qurumun formalaşmasında heç bir rolu olmayıb.
    Biz klubumuzun heç bir tutarlı səbəb olmadan ümumi proseslərdən kənarda qalmasını bu baxımdan nüfuzumuza zərbə kimi qəbul edirik. Ona görə də rəsmi mövqeyimizi açıqlamaqla bu hadisəyə ciddi etiraz bildirir və məsələyə bir daha aydınlıq gətiriləcəyinə ümid edirik.
   
Maraqlı görüntülər
 
Video: 21/10/2009
 
Turnir cədvəli
Y Komanda O Q H M F X
1Neftçi43109-110
2Xəzər-Lənkəran43104-010
3İnter42114-27
4AZAL42115-47
5Muğan41215-55
6MOİK41123-34
7Qarabağ21102-14
8Gəncə30303-33
9Bakı31024-53
10Turan40223-72
11Simurq40223-92
12Qəbələ40131-51
 
 

OLYMPİC FC © 2009
Bütün hüqüqlar "Olimpik Futbol Klubu MMC"-ə aiddir.
Saytı hazırladı: Elşən Quliyev