http://www.olympic-shuvalanpfc.az azərbaycan / русский / english   

Baş səhifə Xəbərlər Tarix Klub Komanda Mövsüm Multimedia Forum
Tərlan Xəlilov əməliyyat olundu
Növbəti oyun

"Unibank" Premyer Liqası, V tur

AZAL

"Simurq"

"Şəfa" stadionu

12.09.2010, 18.00

 
Sonuncu oyun
0 : 0
 
Səsvermə
Yekun:
 
Arxiv
<<< 2010 >>>
<< Sentyabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930
 
Bizə yazın
Adınız:
E-mail ünvanınız:
Mövzu:
Mətn:

     

 

 

 
 
Xəbərlər -> Klub xəbərləri
PFL "Olimpik-Şüvəlan"ın müraciətini qəbul etmədi

   Peşəkar Futbol Liqası növbəti də “Olimpik-Şüvəlan” PFK-nın müraciətinə qəbul etməyib. Belə ki, bu qurum bizim təqvimdə dəyişiklik etmək haqda təklifimizlə razılaşmayıb. Klub bununla bağlı etirazını bildirib:
   
    " “Olimpik-Şüvəlan” PFK-nın rəhbərliyi PFL-ə məktub göndərərək XXIV turun “Simurq”-“Olimpik-Şüvəlan” oyununun 20.03.2010-cu il tarixdən 23.03.2010-cu il tarixinə keçirilməsini xahiş etmişdir. Buna səbəb kimi isə "“Unibank Premyer Liqası”nın XXIV turunun oyunlarının Novruz bayramına təsadüf etməsi və futbolçu heyətinin milli bayramı ailə üzvləri ilə birlikdə qeyd etmək arzusu göstərilmişdi. Kollektivin bu istəyinin milli dəyərlərə və Novruz bayramının ənənələrinə uyğun olmasını əsas tutan klub rəhbərliyi 26.02.2010-cu il tarixdə PFL qarşısında vəsatət qaldırmışdı. Bu məqsədlə hətta “Simurq” Futbol Klubunun rəhbərliyinin razılığı da alındı və tərəflər mövqeyini rəsmi şəkildə bildirdilər. Lakin PFL heç bir tutarlı səbəb gətirmədən hər iki klubun təklifini rədd etdi. Konkret olaraq Texniki-İdman şöbəsinin rəisi Məlik Həsənov təqvimdə dəyişikliyə zərurət olmadığını bildirdi.
    Bəlkə də, PFL-in mövqeyini peşəkarlığa uyğun saymaq olardı. Amma bunun qeyri-səmimi olduğunu sübut edən fakt olmasaydı.
    PFL ötən ilin dekabr ayında bəzi klubların əcnəbi futbolçularının Yeni İl bayramı ilə bağlı analoji xahişinə müsbət cavab verərək təqvimdə dəyişiklik etmişdi. Məlumat üçün qeyd edək ki, onda PFL prezidentinin imzaladığı 168 saylı, 14 dekabr 2009-cu il tarixli əmrə əsasən XVII turun bəzi oyunlarının (Standard-Karvan, Qarabağ-Bakı, Qəbələ-İnter, Muğan-Xəzər-Lənkəran) vaxtı 1-2 gün əvvələ dəyişdirilərək 24.12.2009 tarixinə keçirildi.
    Məhz bu fakt bizdə haqlı olaraq PFL-in ortaya qoyduğu mövqeyin düzgün olmadığı haqda təsəvvür yaradır. Mövsüm ərzində klublardan xəbərsiz təqvimdə dəfələrlə dəyişiklik edən PFL-in xalqımız üçün əziz sayılan günlərdə peşəkarlıq nümayış etdirmək istəməsi də bu mənada başa düşülmür və təəccüb doğurur.
    Buna görə də biz “Olimpik-Şüvəlan” PFK olaraq PFL-in bu mövqeyinin
    milli-mənəvi dəyərlərimizə zidd olduğunu bildirir və onların
    bu məsələyə yanaşma tərzi ilə qətiyyən razılaşmadığımızı bəyan edirik."
   
Maraqlı görüntülər
 
Video: 21/10/2009
 
Turnir cədvəli
Y Komanda O Q H M F X
1Neftçi43109-110
2Xəzər-Lənkəran43104-010
3İnter42114-27
4AZAL42115-47
5Muğan41215-55
6MOİK41123-34
7Qarabağ21102-14
8Gəncə30303-33
9Bakı31024-53
10Turan40223-72
11Simurq40223-92
12Qəbələ40131-51
 
 

OLYMPİC FC © 2009
Bütün hüqüqlar "Olimpik Futbol Klubu MMC"-ə aiddir.
Saytı hazırladı: Elşən Quliyev